Yuxarı

1937.az saytı bağlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
1937.az saytı bağlandı

"Gündəlik Teleqraf" Media Holdinqinin tərkibində olan 1937.az saytı bu adla fəaliyyətinə xitam verdi. Mədəniyyət portalı bundan sonra Kult.az domeni ilə fəaliyyət göstərəcək.

Holdinqin rəhbəri Aynur Camalqızının Axar.az-a verdiyi məlumata görə, dəyişikliyin səbəbi sayt adında rəqəmin özünü doğrultmamasıdır: "Sayt adı üçün yığcamlıq naminə "1937" rəqəmindən istifadə etdik. Ancaq təəssüf ki, bu ad oxucularda yanlış olaraq yalnız repressiyaya uğrayan yazarlarımıza həsr edilən bir sayt qənaətini yaratdı. Başqa sözlə desək, əvvəlcədən nəzərdə tutduğumuz mədəniyyət-ədəbiyyat portalı təsəvvürünü bu adla oxucu qəbul etmədi – baxmayaraq ki, Salam Sarvan kimi tanınmış ədəbiyyat adamının rəhbərliyi ilə peşəkar kollektiv bu aylar ərzində öz sözünü dedi və saytdan umduqlarımız doğruldu. Ədəbi aləmdə məşhur olan "Kult.az" domenini bu kollektivə hədiyyə etməklə əslində portal əməkdaşlarının işinə dəstək verdiyimiz gümanındayıq. Bu ad onların fəaliyyətini, saytın ədəbi-mədəni istiqamətini özündə daha dolğun əks etdirir".

A.Camalqızı "Kult.az" domeninin alınmasında portal əməkdaşlarının təklifinin də önəmli rol oynadığını bildirdi: "Əlbəttə ki, holdinqin mədəniyyət portalının rəhbərinin təklifi bu məqamda nəzərə alınmaya bilməz".

Qeyd edək ki, artıq bu dəqiqələrdən 1937.az mədəniyyət portalı Kult.az domeninə keçib.

Tarix
2014.09.05 / 12:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla