Yuxarı

“Azərbaycan prosesləri düzgün qiymətləndirsə, qalib olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan prosesləri düzgün qiymətləndirsə, qalib olacaq”

"Rusiya təhlükəsi SSRİ dağıldıqdan sonra bu qədər açıq olmamışdı".

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Uels sammitini şərh edərkən söyləyib.

O, sammitin Azərbaycan üçün önəmli olduğunu bildirib:

"Uels Sammiti NATO ölkələri və tərəfdaş ölkələri üçün digər sammitlərdən fərqli və önəmli idi. Rusiya təhlükəsi SSRİ dağıldıqdan sonra bu qədər açıq olmamışdı. Sammitdə qəbul olunan bütün qərarlar müəyyən qlobal dəyişikliklərə gətirib çıxardacaq. Sammit həmçinin Cənubi Qafqaz ölkələri üçün də mühüm əhəmiyyət kəsb edirdi. NATO Gürcüstanla tərəfdaşlığını bir addım daha irəliyə apararaq xüsusi bir plan üzrə işləməyə qərar verdi. Bu, Gürcüstanı NATO-ya daha da yaxınlaşdırdı. Gürcüstan Qara Dəniz vasitəsi ilə dünya okeanına çıxa bilir deyə Gürcüstanda dəniz donanmasının yaradılması, NATO ilə bir yerdə yaxın perspektivdə olan məsələlərdəndir. Bütün bunlar Rusiyanın artıq heç bir beynəlxalq hüququ tanımayaraq açıq şəkildə işğalçılıq etməsindən sonra ortaya çıxan nəticədir. Əslində Rusiyanın yalançı isterikası elə özünü tələyə salmaqdan başqa bir şey deyil. Sammitdən sonra Amerikanın Müdafiə naziri - yeni Pentaqon şefi Çak Hegel də Tiflisdə rəsmi səfərdə oldu. Gürcüstanla hərbi sahədə mühüm sənədlər imzalandı. Bu, Amerika və NATO-nun regiona olan marağını və narahatlığını önə çəkir. Biz yaxın gələcəkdə Gürcüstanı NATO sıralarında görə biləcəyik. Cənubi Qafqazda donmuş münaqişələrin həll olunması NATO üçün önəmlidir və bunu sammitdə də vurğuladılar. Sammitdə imzalanan sənəddə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü tanındı. Bu isə önəmlidir. Artıq müəyyən irəliləyişlər var. Azərbaycan hökuməti bu irəliləyişləri düzgün qiymətləndirə bilərsə və proseslərdə aktiv iştirak edib siyasi iradə nümayiş etdirərsə, o zaman bir daha qalib çıxma şansımız var".

Tarix
2014.09.10 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla