Yuxarı

Türkiyədəki çevriliş cəhdi və Gəncə olayı... – Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə iyulun 15-də 251 qardaşımızı şəhid verdik. 15 iyul bizim milli dastanımızdır. Xəyanət şəbəkəsi onlara xidmət edən hər şeyi mübah görüb dinimizi belə istismar etdi. Halbuki bu adamlar nə müsalman idilər, nə də islama bağlılıqları vardı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, həmin gecə türk milləti demokratiyaya sahib çıxdı:

"Bütün dünyaya bir daha sübut elədi ki, bu dövləti şərəfsizlərə əsla buraxmarıq. Millətimiz dövlətimizə sonsuza qədər sahib çıxacaq. Mən şəhidlərdən Mahmud Coşqunsu barədə bir məqamı vurğulamaq istərdim. Onun həyat yoldaşı Nigar xanım azərbaycanlıdır. Mahmud Coşqunsunun Türkiyə uğrunda canından keçməsi bir millət iki dövlət olduğumuza örnəkdir. Sevincimiz də, kədərimiz də birdir. Bu günlərdə islama heç bir aidiyyəti olmayan bəzi faktorlar Azərbaycanda 15 iyulda olduğutək oyun qurmağa çalışdılar. Bu şərəfsiz şəbəkələr bilməlidirlər ki, Türkiyə də, Azərbaycan da onları əzib yox edəcək gücdədir. Bizlər bu xainlərin, FETÖ şərəfsizlər sürüsünün necə yox olacağını yaxın zamanda görəcəyik".

Tarix
2018.07.16 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla