Yuxarı

Vaşinqton qaynayır: Trampın taleyi həll oluna bilər - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə vizası ilə bir müddətdir ABŞ-da olan xanım Butinanın indi həbs olunması ABŞ dövlət aparatının Trampın Rusiya ilə yaxınlaşma siyasətini qəbul etmədiyinə və bunu baltalamağa çalışdığına dair növbəti nümunə sayıla bilər.

Axar.az xəbər verir ki, bu sözləri Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə Mariya Butina adlı Rusiya vətəndaşının həbs olunmasına münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, liderlərin görüşündən öncə də Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı rəsmi ittiham irəli sürülmüşdü:

“Görüşün ABŞ-dakı əks-sədasına gəldikdə isə hazırda Vaşinqton qaynayır. Trampa qarşı sərt tənqidlər və ittihamlar var. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Brennan Trampı vətənə xəyanətdə ittiham edib. Ümumilikdə demokratlar Helsinki görüşünü “Treason summit” (Xəyanət sammiti) kimi dəyərləndirirlər”.

Politoloq vurğulayıb ki, qəzəb və hiddətin səbəbi Trampın Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə Putinin təkzibi ilə razılaşmasıdır:

“O, bu görüşü keçirməklə, öz dövlətinin müvafiq strukturlarının yekdil rəyinə və ortaya qoyduğu sübutlara etimad etmədiyini göstərib. O, Rusiya ilə münasibətlərin pisləşməsinə görə də ABŞ-ı günahlandırıb, Ukrayna məsələsini qaldırmayıb və ümumilikdə Putinin yanında aciz bir görüntü sərgiləyib. Artıq demokratların Senatdakı lideri Şumer qanunvericiləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Şübhə yoxdur ki, noyabrda Konqresə keçiriləcək ara seçkilər öncəsi ABŞ-da daxili siyasi mübarizə daha da kəskinləşəcək. Bu seçkilərdə demokratların qələbəsi Trampın taleyini həll edə bilər”.

Qeyd edək ki, Tramp-Putin görüşündən dərhal sonra Mariya Butina adlı Rusiya vətəndaşının Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə həbs olunduğu açıqlanıb.

Tarix
2018.07.17 / 11:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla