Yuxarı

“Rusiyanın parçalanması zaman məsələsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya daxilində mövcud olan şovinizm digər dövlətlərə və millətlərə təsir edir".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov çıxış edib.

O, Rusiyanı SSRİ-nin aqibətinin gözlədiyini bildirib:

"Həyatda heç nə təsadüfi olmadığı kimi siyasətdə də həmçinin təsadüflər olmur. Daima bir plan olur və bu planın həyata keçməsi üçün işlər gedir. Bu gün bu planın əsas hissəsində Rusiya durur. SSRİ xalqlar həbsxanası idi və həmin böyük qapalı imperiya dağıldı. Səbəb isə bəsit idi. Xalqlara öz seçmə müqəddəratı tanınmamışdı. İndi eyni ssenarini Rusiya yeridir və o da xalqlar həbsxanası rolunu davam etdirir. Rusiya daxilində mövcud olan şovinizm digər dövlətlərə və millətlərə təsir edir. Gec və ya tez bu xalqlar da ayaqlanacaq, müstəqillikləri üçün mübarizə və müharibə aparacaqlar. Bu, təbiidir. Gərək hər zaman millətin səsinə qulaq verəsən, yoxsa nəticəsi çox ağır olur. Buna çoxlu misallar çəkmək olar. Rusiyada başqırdlar, tatarlar, Sibir bölgəsində yaşayan digər xalqlara qarşı Moskva daima şovinizm siyasəti yürüdüb. Eyni ssenari Şimali Qafqazda da davam edir. Bunları birləşdirən ortaq nöqtə isə çoxunun müsəlman olmasıdır. Rəsmi Moskva hətta bu xalqların dinlərinə belə hörmət etmir və bəzən islamla məşğul olanları radikal adı ilə həbsə atırlar. Bu və digər hallar onu deməyə əsas verir ki, Rusiya ərazisində yeni dövlətlərin yaranması sadəcə zaman məsələsidir. Rusiyada idarəetmə sistemi yoxdur. O, sadəcə Putindən ibarətdir. Əgər beynəlxalq birlik Moskvanı nəzarətə tam ala bilsə, o zaman biz reallaşması gözlənilən projelərin nəticəsini tezliklə görəcəyik".

Tarix
2014.09.16 / 08:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla