Yuxarı

Elman Abdullayevdən Efiopiya açıqlaması - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir diplomatın arzusu ölkəsini uğurla, şərəflə xaricdə təmsil etməkdir".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın Efiopiyadakı yeni səfiri Elman Abdullayev özünün təyinatı haqqında danışarkən deyib.

O, səfir təyin olunmasının prezidentin ona göstərdiyi böyük etimadın nəticəsi olduğunu bildirib:

"Biz hər zaman hər bir ölkəyə səfir göndərilə bilərik və gözlənilməz hər şey ola bilər. Diplomatik xidmətin mənası da bundan ibarətdir. Bu mənada, səfir təyinatı mənə qarşı böyük etimaddır və prezidentə bu etimadı göstərdiyi üçün təşəkkür edirəm".

Elman Abdullayev Efiopiyada Azərbaycan səfirliyinin yeni yarandığını və bəzi texniki məsələlər həll olunduqdan sonra səfir kimi fəaliyyətinə başlayacağını söyləyib:

"Bir müddət Bakıda olacağam və texniki məsələlər həll edilməlidir. Ondan sonra Efiopiyaya yola düşəcəyəm. Təqribən, iki ay bu hazırlıqlar çəkəcək".

Diplomatımız Efiopiyada səfir kimi fəaliyyətinin hansı istiqamətdə olacağından və iki ölkə arasında əməkdaşlıqlardan da danışıb:

"Dövlətlərarası missiyamız ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Bilirsiniz ki, Afrika İttifaqının Baş Qərargahı Efiopiyanın paytaxtı Əddis-Əbabada yerləşir. Yəni, Efiopiyada 110 diplomatik korpus fəaliyyət göstərir. Afrika İttifaqında 53 dövlət təmsil olunur. Ona görə də Afrika İttifaqının əsas mərkəzi bu ölkədir. Eyni zamanda Azərbaycanın xarici siyasətində bu yeni bir xəttdir. Cənab prezident də qeyd edib ki, diplomatik fəaliyyət genişlənməkdədir. Azərbaycanın xarici siyasəti zəngindir".

Səfir Azərbaycanın Afrika İttifaqı ilə münasibətlərini yeni müstəviyə qaldırmaq niyyətində olduğunu vurğulayıb:

"Azərbaycan Efiopiya ilə şəxsi münasibətlərdə iqtisadi və humanitar əməkdaşlığı genişləndirmək istəyir. Efiopiya maraqlı ölkədir. Onlar Azərbaycanda rekord səviyyədə iqtisadi inkişafı görür, ölkəmizin uğurlu iqtisadi formulası ilə yaxından tanış olmaq niyyətindədirlər. İki ölkə arasında qarşılıqlı yardımlar öz əksini tapacaq. Afrika İttifaqı ilə münasibətlər genişləndiriləcək".

E.Abdullayev həmçinin vətəndən uzaqda olmağın çətinliyindən də söz açıb:

"Mən 15 ildir ki, diplomatik xidmətdəyəm. Avropa İittifaqının nümayəndəliyində işləmişəm. Los-Anceles konsolluğunda çalışmışam. Bu yola başlayanda artıq bilirik ki, həyatımızı bir hissəsi ölkəmizdən kənarda keçəcək. Ancaq bu şərəfli missiyadır. Təbii ki, həyatın qalan hissəsini xaricdə səfir kimi təmsil olunaraq keçirməklə qohum-əqrəbadan, dost-tanışdan uzaqda olursan, darıxırsan. Ancaq müasir dövrdə texnologiya inkişaf edib və müəyyən qədər bu həsrəti kompensasiya edə bilir".

Tarix
2014.09.20 / 14:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla