Yuxarı

Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Paşinyan iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib. Bunun üçün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistan parlamentində çoxluq hələ də eks-prezident Serj Sərkisyanın partiyasına məxsusdur:

“Paşinyanın partiyası Ermənistan parlamentində cəmi yeddi deputatla təmsil olunur. Nikol parlamentdə çoxluq qazanıb, yeni hökumət formalaşdırmalıdır. Ancaq Paşinyan qorxur ki, o, istefaya getsə, parlament yenidən özünü buraxma ilə bağlı qərar verməyə bilər. Yəni parlament çoxluğuna malik olan Sərkisyanın partiyası seçkilərə getməkdən imtina edib, yeni bir baş nazir seçməklə Paşinyanın küçədən hakimiyyətə gəlməsinin sonunu gətirə bilər. Ona görə də Paşinyan hökumətin erkən seçkinin sonuna qədər hakimiyyətdə qalmasını istəyir. Hələlik bununla bağlı konstitusiyaya dəyişiklik edilib-edilməyəcəyi şübhə altındadır”.

Ekspert qeyd edib ki, Ermənistanda hökm sürən bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz, ona görə də növbədənkənar parlament seçkiləri keçiriləcək:

“Paşinyan və tərəfdarları qalib gəlsə, Qarabağ klanının 20 illik hakimiyyətinin sonu gələcək. İş orasındadır ki, Köçəryan və Sərkisyan Ermənistanı uzun illər birgə idarə ediblər, dövlət və hökumət strukturlarında onlara sadiq qalan insanlar revanş götürmək istəyirlər. Əgər Ermənistanda şəffaf seçki seçkilər keçirilsə, Sərkisyan və Köçəryanın birgə komandası əhalinin səsini qazana bilməyəcək. Hər halda bu, Paşinyanın iddiasıdır və sual altındadır”.

Tarix
2018.08.21 / 12:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla