Yuxarı

“Savaş başlasa, Moskva İrəvanı qorumayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Savaş başlasa, Moskva İrəvanı qorumayacaq”

"Əgər Rusiya Qarabağı Azərbaycanın nəzarəti altına versə, o zaman Bakının Moskvanın nəzarəti altına keçməsi çətin məsələdir, amma əvəzində İrəvan da həmişəlik itiriləcək".

Axar.az Echo.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Vitali Arkov çıxış edib. O, Türkiyə ilə Rusiyanın Cənubi Qafqazın qarantı olduğunu bildirib:

"Azərbaycan Rusiya üçün həqiqətən də regionda strateji partnyordur. Moskva Bakının Cənubi Qafqazda lider olmasını tanımaq məcburiyyətindədir və ona görə də siyasətini onun maraqları üzərində qurmaldır. Məncə, münasibətlərin genişlənməsi Azərbaycanın Rusiyadan inciməsinə səbəb olur. Buna da səbəb Ermənistana himayədarlıqdır. Rusiya Xarici İşlər Nazirliyində güclü erməni lobbisi var. Digər tərəfdən isə Rusiya Azərbaycanı Moskvanın opponentləri ilə çoxyönlü münasibətlər qurduğuna görə qısqanır. Reallıq isə budur ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öhdəliyinə baxmayaraq, Ermənistanı müdafiə edib Azərbaycana qarşı savaşmayacaq. Ermənistan isə çox zəifdir və Qarabağı itirəcək. Bakı üçün də müharibəni başlamaq sərfəli deyil. Çünki beynəlxalq aləmdə o, erməni aqressiyasının qurbanı kimi tanınır. Əgər müharibə başlasa, o özü aqressora dönəcək. Bu olsa həm siyasi, həm iqtisadi hücumlara məruz qalacaq. Çətin ki, Azərbaycan hakimiyyəti beynəlxalq embarqolara dözsün. Bu mənada Azərbaycan üçün ən sərfəlisi Ermənistanı müharibəyə təhrik edib onu yenidən aqressor kimi göstərməkdir".

Tarix
2014.09.23 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla