Yuxarı

Jirinovski Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Şurasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vladimir Jirinovski Azərbaycanda səfərdədir.

AzərTAc xəbər verir ki, rusiyalı siyasətçi sentyabrın 27-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

RLDP-nin sədri zəmanəmizin böyük musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin də xatirəsini anıb, məzarı üzərinə güllər qoyub.

Sonra V.Jirinovski Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan tikinti və abadlıq işləri barədə məlumat verilib.

Tarix
2014.09.27 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla