Yuxarı

Bakı ilə bu istiqamətdə işlərə başlamışıq - Yıldırım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamentinin yaranmasının 100 illiyi qeyd olunur. Dünyanın bir çox ölkələrindən parlament sədrləri bu münasibətlə keçirilən təntənəli iclasda iştirak ediblər. Bu, çox önəmli hadisədir. Azərbaycan-Türkiyə münasibətləri özəldir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycanın sevinci bizim də sevincimizdir, kədəri bizim də kədərimizdir.

Axar.az xəbər verir ki, bu sözləri Azəratac-a müsahibəsində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da genişlənir. Biz Qafqaz regionunun sabitliyi üçün enerji təhlükəsizliyi, nəqliyyat layihələrini birgə həyata keçiririk. Məsələn, TANAP sadəcə Türkiyə və Azərbaycan arasında olan layihə deyil, eyni zamanda, Cənubi-Şərqi Avropanın enerji ehtiyaclarını qarşılayan bir layihədir.

Binəli Yıldırım qeyd edib ki, hər iki ölkə yaxın iş birliyi qurarkən parlamentlər də onlara dəstək olmaq üçün birlikdə çalışır. Ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdiririk, bizim dostluq qruplarımız var. Hazırda Türkiyə-Azərbaycan əməkdaşlıq birliyini təşkil etmək istəyirik. Bu istiqamətdə işlərə başlamışıq.

Tarix
2018.09.22 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla