Yuxarı

Yağışda çəpər altda əzilən maşınlar: Zərəri kim ödəyəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu sırf sığorta ilə əlaqədar olan məsələdir. Ancaq əgər avtomobilin kasko sığortası yoxdursa, Yol Hərəkəti haqqında Qanunun xüsusi maddəsinə əsasən, sürücü yol təsərrüfatının ona vurduğu zərərə görə aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı 23 sentyabr tarixində Bakıya yağan yağış zamanı bəzi ərazilərdə hasarın uçması nəticəsində bir neçə maşının əzilməsi səbəbindən sürücülərə dəymiş zərərin kimlər tərəfindən ödənilməsinə aydınlıq gətirərkən bildirib. E.Muradlı bildirib ki, avtomobilinin kasko sığortası olan sürücünün belə bir problemi olmur. Çünki avtomobilə dəymiş zərəri sığorta qarşılayır:

“Bu cür hallara qarşı məhz kasko sığorta sürücülərin köməyinə gəlir. Kasko sığorta avtomobilin özünə dəyən zərərin ödənilməsini təmin edir. Ancaq bizim sürücülər kasko sığortaya bir o qədər meyilli deyil. Buna görə də belə məqamlarda avtomobili zərər görmüş sürücü pis vəziyyətdə qalır”.

E.Muradlı bildirib ki, kasko sığortası olmayan sürücülər məhkəmə qaydasında o vaxt iddia qaldıra bilər ki, hadisə təminatlı, ödənişli parkinqdə baş vermiş olsun:

“Sürücü məhkəməyə müraciət edərək parkin rəhbərliyinin məsuliyyətə cəlb edilməsi və ya ona dəymiş ziyanın ödənilməsi tələbilə çıxış edə bilər.

Hətta otellərdən birinin hasarı önündə park edilən avtomobillərin üzərinə də hasar uçmuşdu. Əlbəttə, əgər avtomobilini orada saxlayan sürücü otelin müştərisidirsə və ya həmin oteldə xidmət göstərirsə, məhkəməyə müraciət edə bilər. Bu artıq sırf məhkəmənin verəcəyi qərardan asılıdır”.

Ekspert əlavə edib ki, bu gün vətəndaşlar öz hüquqlarını bilmədiklərinə görə çox vaxt məhkəməyə müraciət etmirlər:

“Vətəndaşların, sürücülərin hüquqi baxımdan bilgilənməsinə ehtiyac var. Qanunvericiliyi bilən sürücü qanunları pozmur və belə məqamlarda da haqqını tələb etməyi bacarır”.

Tarix
2018.09.26 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla