Yuxarı

"Türkiyə nəinki İŞİD-i, Əsəd qüvvələrini belə məhv edə bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Türkiyə nəinki İŞİD-i, Əsəd qüvvələrini belə məhv edə bilər"

"İŞİD-in hazırda Türkiyə sərhədlərində etdikləri təhdiddir".

Bunu Axar.az-a açıqlamasında Şərq–Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu İŞİD-in Türkiyə sərhədlərinə irəliləməsi ilə bağlı açıqlama verərkən deyib.

Ekspert bildirib ki, İŞİD açıq-aşkar Türkiyəyə təhdid yağdırır:

"Çünki əvvəl Türkiyə koalisiyaya qoşulmamışdı. Hətta Ərdoğan ABŞ-ın Dövlət katibi Con Kerri ilə görüşündə də bunun yeganə səbəbinin girov götürülən diplomatlarla əlaqəli olduğunu dövlət rəsmisinə şəxsən özü bildirmişdi. Ancaq sonra diplomatlar azad olundu. Kim tərəfindən, necə və hansı yolla edildiyi indiyədək məlum olmasa da, bu baş verdi. Nəticədə dövlətin koalisiyaya qoşulmasındakı əngəl aradan qalxdı və Türkiyə qoşuldu. Bu isə İŞİD-ə əlbəttə ki, sərf etmirdi. Çünki Türkiyə İŞİD-ə qarşı böyük bir təhlükədir. İŞİD hava zərblərindən qorxmur. Terror qruplaşması daha çox quru əməliyyatlarından çəkinir və ehtiyat edir. Çünki İŞİD Türkiyə və İran kimi dövlətlərin daxili gücü ilə müqayisə edilə bilməz. Buna görə də bu iki dövlətlə daha da ehtiyatlı davranır. Bu təhdidlərin yeganə məqsədi Türkiyənin İŞİD-ə qarşı koalisiyaya qoşulmasını əngəllmək idi. Yəni Türkiyəni bundan kənarda saxlamaq istəyirdilər. Çünki ehtiyat edirdilər, ancaq bu reallaşmadı".

Ə. Oruclu onu da qeyd etdi ki, indi Kobani ətrafında işğallar törədilməsi Türkiyəyə qarşı təhdidən başqa heç nə deyil: "Çünki işğal nəticəsində Suriyadan Türkiyəyə yönələn qaçqınların sayı artır. Bu isə bir dövlət üçün ciddi prolemlər deməkdir. İŞİD indi Türkiyəyə sadəcə təhdid xarakterli olaraq bu addımları atır. Reallıqda bu dövlətə heç nə edə bilməz. Çünki Türkiyə lazım gələrsə, nəinki İŞİD-i, hətta Əsəd qüvvlərini yox etmək gücünə sahib olan bir ölkədir".

Tarix
2014.10.07 / 09:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla