Yuxarı

İcra başçısı ev dustağı oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı ev dustağı oldu

Oktyabrın 2-də həbs edilmiş Dərbənd rayon admisnstrasiyasının sədri, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov ev dustaqlığına buraxılıb.

Bu barədə Lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbər verib. T.Tahirlinin sözlərinə görə, Q.Qurbanov barəsində seçilmiş həbs qəti-imkan tədbirini dəyişdirilərək onun barəsində 2 aylıq ev dustaqlığı tədbiri seçilib.

Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsində bu il sentyabrın 16-da Q.Qurbanov barəsində Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Oktyabrın 2-də həbs edilən Q.Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Ramazan Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

Tarix
2014.10.09 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı – Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla