Yuxarı

Prezident tapşırdı: MTK-larda yoxlamalar başlanır - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırdı: MTK-larda yoxlamalar başlanır - Özəl

Paytaxtda göydələnlər inşa edən Mənzil Tikinti Kooperativlərində yoxlamalar aparılacaq.

Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində tikinti şirkətləri haqda səsləndirdiyi fikirlər aidiyyəti qurumları hərəkətə keçirib.

Əldə etdiyimiz xəbərə görə, MTK-ların inşa etdiyi göydələnlərin ətrafındakı ekoloji vəziyyətin nə yerdə olduğu araşdırılacaq. Şəhərin bir sıra yerlərində tikilən çoxmərtəbəli binaların yan-yörəsi ekoloji cəhətdən standartlara cavab vermir.

Məlumatda vurğulanır ki, ölkə başçısının çıxışından nəticə çıxaran dövlət qurumları tikinti firmalarında yoxlamalar aparmağa, ekoloji tədbirlərin görülməsi barədə onları xəbərdar etməyə başlayıb.

Dövlət başçısının dünya praktikasından çıxış etdiyini deyən mütəxəssislər də hesab edirlər ki, bəzi hallarda Bakıda inşa olunan göydələnlərin ətrafında ekoloji vəziyyət nəzərə alınmır.

Qeyd edək ki, İ.Əliyev oktyabrın 8-də keçirilmiş müşavirəsindəki yekun nitqində bu problemə toxunub: "Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Çoxmərtəbəli binaların tikintisi işini çox düzgün şəkildə təşkil etmək mümkündür. Bu zaman tikinti şirkətlərinin üzərinə ətrafda ekoloji təmizləmə işlərinin görülməsi məsuliyyəti də qoyulmalıdır.

Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər".

Tarix
2014.10.10 / 09:49
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla