Yuxarı

Nikol istefaya gedir: Sərkisyanın Qarabağ səfərinin hədəfi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyanın gözlənilmədən Rusiya səfəri bir çox sualların yaranmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinin planlaşdırıldığı bir vaxtda A.Sərkisyanın Kremlə səfər etməsi ayrı bir məna kəsb edir:

"Bu səfəri, xüsusilə, Kremlin seçkilərə müdaxilə etmə ehtimalının yüksək olması ilə əlaqələndirə bilərik. Rusiya da “Qarabağ klanı” kimi Paşinyanın keçirməyi planlaşdırdığı növbədənkənar parlament seçkilərinə hazırlıqsız vəziyyətdə yaxalanıb. Bu səbəbdən hesab etmək olar ki, A.Sərkisyanın Rusiyaya səfərinin pərdə arxasında bu məsələ durur. “Qarabağ klanı”nın seçkilərdən kənarlaşdırılması Rusiyanı narahat edən amillərdən biridir".

Analitik qeyd edib ki, bu baxımdan Paşinyana qarşı yeni bir ssenarinin işə salındığını söyləmək olar:

“Ehtimal ki, A.Sərkisyan vasitəsilə “Qarabağ klanı”nın Ermənistan hakimiyyətindəki mövqeyini möhkəmlədib, Paşinyanın dayaqlarını zəiflətməyə çalışılır. A.Sərkisyanın Rusiyadan dönər-dönməz tez-tələsik işğal altında olan Azərbaycan torpaqlarına, Qarabağa səfər etməsi də bəhs etdiyimiz amillə əlaqələndirilməlidir. A.Sərkisyan buradakı “Qarabağ klanı” üzvləri ilə seçkilərlə bağlı mümkün ssenariləri müzakirə edə bilər".

Analitik vurğulayıb ki, Paşinyana qarşı “Qarabağ klanı”nın aktivləşdiyini xüsusilə 16 oktyabrda, baş nazirin istefasından sonra daha aydın müşahidə etmək olacaq.

Tarix
2018.10.16 / 09:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla