Yuxarı

"Vaşinqton Tayms" Boltonun Bakı səfərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların nüfuzlu “Vaşinqton Tayms” qəzeti “Kaspian Qrup Holdinqs”in direktoru Rob Sobhaninin “Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, məqalədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Bakıya tezliklə nəzərdə tutulan səfəri və Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıqdan bəhs olunur. Müəllif yazır ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. Cənab Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Sobhani qeyd edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib.

Müəllif daha sonra vurğulayır ki, 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə ABŞ-ı tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdə davam edirlər. Heç şübhəsiz ki, cənab Bolton daimi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirəcək. Həmçinin qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.

Sobhani yazır ki, Merilend xeyriyyəçi ərzaq fondu mərhum Prezident Heydər Əliyevin şərəfinə Azərbaycan səfirindən hər il ianə alır. Faktiki olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva (bir çoxları onu şəfqətli birinci xanım adlandırır) amerikasayağı comərdliyi paylaşırlar. Məqalənin sonunda deyilir ki, Mehriban Əliyevanın Birləşmiş Ştatlardakı “Save A Child’s Heart”, “The Urban Alliance” və “Longview School for the Disabled” (əlillər üçün Lonqvyu məktəbi) kimi təşkilatlara xeyriyyə yardımını da qeyd etmək vacibdir.

Tarix
2018.10.16 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla