Yuxarı

Babkonun İrəvana “diqqətli olun” hədəsi: təzyiq artır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı proseslərin müşahidəsi Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrdə, hər nə qədər gizlədilməyə cəhd edilsə də, Ermənistanla Rusiyanın münasibətlərində gərginliyin getdikcə dərinləşdiyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Rusiya forpostunun ondan uzaqlaşmaq istəyinin qarşısını siyasi yolla almağın mümkün olmadığını başa düşdüyündən artıq real təzyiq metodlarına əl atmağa məcbur olub:

“Rusiyanın İrəvandakı ticarət nümayəndəsi Andrey Babko Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra İrəvandan Rusiya əleyhinə səsləndirilən fikirlərin bu ölkənin iqtisadi vəziyyətinə mənfi təsir etdiyini bildirib. Rusiya nümayəndəsinin fikrincə, son dövrdə Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyası hiss olunacaq dərəcədə azalıb. Babko açıq şəkildə ermənilərə başa salmağa çalışıb ki, Ermənistandakı əsas şirkətlərin böyük əksəriyyəti Rusiyaya məxsusdur. Bir sözlə, Ermənistanın özü kimi iqtisadiyyatı da Rusiyanın nəzarətindədir. Bu baxımdan Rusiya nümayəndəsinin “diqqətli olmaq lazımdır” ifadəsi əslində “özünüzü yığışdırın” kimi başa düşülməlidir”.

Analikin sözlərinə görə, Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı isə ABŞ-dan gəlib:

“Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirdi ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək. Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Bu, ölkəmizin beynəlxalq müstəvidə Ermənistanla müqayisədə hansı gücə və nüfuza malik olduğunun daha bir təzahürüdür”.

Tarix
2018.10.18 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla