Yuxarı

ABŞ-dan Azərbaycanla bağlı mühüm bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Azərbaycanla bağlı mühüm bəyanat

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə ABŞ-ın Viskonsin Ştatının Miluoki Dairəsinin rəhbəri Kris Abele 2014-cü il oktyabrın 18-nin bu dairədə Azərbaycan Respublikasının Müstəqillik Günü kimi tanınması barədə bəyanat qəbul edib.

AzərTAc-ın məlumatına görə, bəyanatda Azərbaycan xalqı bayram münasibətilə təbrik olunur. Həmçinin qeyd edilir ki, 23 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan artıq beynəlxalq aləmdə öz layiqli yerini tutub. Müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycan qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrini qoruyub saxlamaqla məşhurdur.

Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə, bundan əlavə, ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bəyan edilir.

Tarix
2014.10.18 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla