Yuxarı

Fransanın Paşinyana bu şəraiti yaratması qeyri-etikdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da, suyu bulandırır və Ermənistan üçün müəyyən üstünlüklər yaratmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Fransanın Ermənistana adekvat olmayan himayədarlığı təəssüf doğurur:

“Makron hətta I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı Parisdə təşkil edilmiş mərasimdə Tramp və Putinin görüşünə qarşı çıxdı. O, iddia edirdi ki, bütün diqqət I Dünya müharibəsinin 100 illiyinə həsr edilməli və mərasimlər həmin məsələlər ətrafında cərəyan etməlidir. Amma digər tərəfdən də Makronun Paşinyan üçün çıxış şəraiti yaratması və onun çıxışında Türkiyəyə və Azərbaycana qarşı ağlasığımaz və inandırıcılığı tamamilə mümkün olmayan iddialarla bəyanatları belə əhəmiyyətli tədbirə kölgə salan məqamlardan idi. Fransanın bu addımı ciddi surətdə pislənməlidir. Çünki Fransa Prezidenti böyük dövlət rəhbərlərinin görüşünün tədbirə kölgə sala biləcəyindən ehtiyatlansa da, boşboğaz Paşinyanın Azərbaycana və Türkiyəyə qarşı sərsəm bəyanatlar səsləndirməsinə icazə verdi. Məgər Makron Ermənistanın Azərbaycanın torpaqlarının 20%-ni işğal etdiyini bilmir?! Azərbaycan öz torpaqlarının azad edilməsi uğrunda mübarizə aparır. Qondarma soyqırım iddiasının da cəfəngiyyat olduğu artıq faktlarla sübuta yetirilib və Ermənistan arxivlərin açılması və bütövlükdə bu faktların tarxiçilər tərəfindən araşdırılmasına müqavimət göstərir”.

Politoloq vurğulayıb ki, Paşinyan və onun təmsil etdiyi cırtdan dövlətin Qərb üçün elə də ciddi əhəmiyyəti yoxdur:

“Ancaq Makronun böyük bir tədbirdə Paşinyan üçün yaratdığı bu imtiyaz çox qeyri-siyasi və qeyri-etik hərəkət idi. Paşinyanın möhtəşəm tədbirdə iştirakçılarda müəyyən rəy formalaşdırmağa çalışan çıxış etməsi sözün həqiqi mənasında biabırçılıq və tədbirin məqsədlərindən kənara çıxan addım oldu. Digər tərəfdən, mərasimdə 70 ölkə rəhbərinin iştirak etməsinə baxmayaraq, onların heç də hamısına çıxış etmək üçün imkan yaradılmayıb. Yəni burada Fransa sözün həqiqi mənasında özünün də tərəfdar olduğu qayda-qanunlardan kənara çıxaraq, Ermənistan baş naziri üçün əlahiddə bir üstünlük yaratdı”.

Qeyd edək ki, noyabrın 11-də Fransanın paytaxtı Parisdə I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə rəsmi mərasim keçirilib. Parisin “Zəfər Tağı” və “Naməlum əsgərin abidəsi” qarşısında təşkil olunan tədbirdə 70-dən çox ölkənin dövlət və hökumət rəhbərləri iştirak edib. Fransa paytaxtında Birinci Dünya müharibəsinin bitməsi ilə bağlı imzalanmış sülh müqaviləsinin 100-cü ildönümü mərasiminə Paşinyan da qatılıb. Tədbirdə çıxış edən Paşinyan Türkiyəyə qarşı saxta soyqırım, Azərbaycana qarşı isə torpaq iddiaları ilə çıxış edib.

Tarix
2018.11.14 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla