Yuxarı

Azərbaycanlı qəhrəmanın təhqirinə rus analitikdən sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı qəhrəmanın təhqirinə rus analitikdən sərt cavab

"Məmurların əfəlliyi və beyinlərinin olmaması artıq birinci dəfə deyil ki, beynəlxalq skandala gətirib çıxarır".

Axar.az xəbər verir ki, bu açıqlamanı rusiyalı analitik, "Politrus.com" saytının rəhbəri Vitali Arkov öz Feysbuk səhifəsində yazıb. O, Dağıstan məmurlarının azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının büstünə etdikləri hörmətsizliyə görə cəzalandırılmalı olduğunu bildirib:

"Yəqin ki, uşaqlar üçün məhz parkın bu yerində fontan tikmək yaxşı addımdır. Amma qəhrəmanın büstünü ehtiyatla götürüb, parkın digər önəmli yerinə keçirməyə və burada onu yenidən restavrasiya etməyə nə maneçilik törədirdi? Amma bizdə vətənpərvərlik haqqında çox danışırlar və 9 May haqqında timsah gözyaşları axıdırlar. Məmurların əfəlliyi və beyinlərinin olmaması artıq birinci dəfə deyil ki, beynəlxalq skandala gətirib çıxarır. Ümid edirəm ki, cənab Ramazan Hacımuradoviç Abdullatipov tədbirlər görüb günahkarları cəzalandıracaq".

Qeyd edək ki, bir müddət öncə "Haqqın.az" saytı azərbaycan Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin büstünün şəhər parkından Dərbənd şəhər meriyasının əmri ilə götürüldüyü haqqında məlumat yaymışdı. Məlumatda həmçinin büstün zibil qablarından birinə atıldığı və daha sonra azərbaycanlılar tərəfindən tapılaraq, kafelərdən birində yerləşdirildiyi söylənilmişdi.

Tarix
2014.10.18 / 13:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla