Yuxarı

Makronun reytinqi düşdü: Trampla gərginliyin səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makronun hazırda nüfuzu seçildiyi gündən bu günə kritik dərəcədə aşağı düşüb və proses davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Emmanuel Makronun nüfuzdan düşdüyü bir zamanda onun ABŞ prezidenti ilə qarşıdurmaya getməsini təsadüfi hesab etmir:

“Hətta Makronun çıxışlarında “Fransa ABŞ vassalı deyil” kimi ifadələri işlətməklə güclü Fransa tərəfdarlarının rəğbətini qazanmağa çalışdığını düşünürəm”.

Ekspert qeyd edib ki, Fransada baxışları və kəskin çıxışları ilə millətçi kəsimi ətrafında sıx birləşdirən Marin Le Pen Makronu o elektorata yaxın düşməyə imkan vermir:

“Makronun da əsas hədəfi millətçiliyə qarşı olan fransızları və qeyri-fransız seçiciləri öz tərəfinə çəkməkdir. Bunun üçün mümkün olan bütün vasitələrdən maksimum istifadə etməyə çalışır”.

Ekspert vurğulayıb ki, Makron ilk gündən Almaniya kansleri Merkel tərəfindən dəstəklənir:

“Çox hallarda fikirlərinin üst-üstə düşməsi onlar arasında münasibətlərin çox yaxşı olduğunu göstərir. İkinci Dünya müharibəsindən sonra ilk Fransa prezidentidir ki, Almaniya ilə bu şəkildə yaxın münasibətdədir. Məlumdur ki, bu münasibətlərin başında Merkel durur. Amma gələcəkdə Merkelin Makronu Avropanın yeni lideri timsalında görmək istəməsi fikirləri mənə görə bir az mübahisəli gəlir, əlbəttə, bu, mümkünsüz də deyil”.

Tarix
2018.11.17 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla