Yuxarı

İlham Əliyev Avropa Məhkəməsinin sədrini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanı qəbul edib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd etdi. O, müxtəlif ölkələrdən olan xeyli sayda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırdı.

Strasburqa son səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini dedi və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev bu baxımdan "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2014.10.24 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla