Axar.az
Yuxarı

Paşinyan əsl zərbəni seçkidən sonra alacaq – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti illərdə Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanda parlament seçkilərində birmənalı olaraq Nikol Paşinyanın blokunun qalib gələcəyini deyib:

“Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İqtidar bütün hallarda seçicilərinə söz verib. Bu mənada ölkədə daxili siyasi və iqtisadi proseslərin gedişatı ilə bağlı bütün məsuliyyət indiki hökumətin üzərinə düşür. Ona görə Ermənistanda keçiriləcək seçkilər mühüm hadisə kimi yadda qalacaq. Çünki Qarabağ klanı öz səlahiyyətlərini və rəhbər vəzifələri Ermənistan təmsilçilərinə təhvil vermiş olacaq. Əlbəttə ki, bu, Ermənistanın siyasətində yeni bir mərhələdir”.

Politoloq bu yeni mərhələnin ziddiyyətlərə yol açacağını bildirib:

“Növbəti illərdə Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir. Ölkə iqtisadiyyatında xeyli həll olunmamış məsələ var. İndiki iqtidar isə ölkədaxili problemlərlə bağlı heç bir normal təklif irəli sürməyib, heç sürənə də oxşamır. Paşinyan və onun komandası ancaq siyasi ritorika ilə məşğuldur. Hazırda Ermənistan cəmiyyəti may və apreldəki eyforiyadan hələ də çıxmayıb. Ancaq bu belə davam etməyəcək və erməni cəmiyyəti gec-tez ayılacaq. Bu zaman isə çox gec olacaq. Çünki iqtisadi problemlərin həlledilməmiş qalması İrəvana əsl zərbə olacaq”.

Ekspertin sözlərinə görə, belə vəziyyətdə İrəvan üçün real yardımçı xarici investorlar ola bilər ki, bu da müşkül məsələdir:

“Xarici investor ancaq zəmanətçi qismində çıxış edən ölkəyə yatırım edir. Ermənistanın indiki hakimiyyəti isə buna zəmanət verə bilməz, çünki iqtidar olduqca zəifdir. Bir sözlə, yaxın illərdə Ermənistana yatırımların olmaması bu ölkədə iqtisadi problemlərin dərinləşməsinə gətirib çıxaracaq”.

İ.Vəlizadə danışıqlar prosesi ilə bağlı irəliləyişin gözlənilmədiyini də qeyd edib:

“Paşinyanın qondarma rejimin rəhbərlərinə təsiri sıfra bərabərdir. Nikol bu təsiri asanlıqla bərpa edə bilməyəcək. Çünki qondarma rejim daha çox Qarabağ klanına bağlıdır. Ermənistanda mövqeyini itirən Qarabağ klanı isə Qarabağda mübarizəni davam etdirəcək. Qondarma rejimin rəhbəri Bako Saakyan və onun ətrafında gedən proseslər göstərir ki, artıq İrəvan üçün lazımı maliyyəni ərsəyə gətirmək çox çətin olacaq. Bu da öz növbəsində Qarabağ probleminin tənzimlənməsinə əngəl yaradacaq. Bu baxımdan da məsələnin həlli ilə bağlı birmənalı nikbinlik gözləməyə dəyməz”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Tarix
2018.12.04 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni analarına deyin ki, itkilər daha çoxdur – Rusiyalı ekspert

"Le Temps": Azərbaycan Qarabağda məngənəsini sıxır

Misir mediasında Ermənistanın bu siyasəti ifşa edildi

Stalinin ermənilərə saxta vətən yaradan qərarı - Foto

Bu ölkədə olan tək azərbaycanlı: Dünya niyə biganədir?

İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok

İrəvan Moskvanı münaqişəyə cəlb edə bilərdi - Professor

SSRİ-nin süqutundan sonra Qarabağ... - “Eleftheros Typos”

Bu taksi sürücüləri daha hazırlıq keçməyəcək - Rəsmi

AKP-çi başqandan Azərbaycanla bağlı möhtəşəm addım

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla