Yuxarı

KTMT dərsinin ardınca Nikola Astana zərbəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTMT dərsinin ardınca Nikola Astana zərbəsi

Ermənistanın KTMT-də baş katiblik vəzifəsini özündə saxlamaq siyasəti iflasa uğradı.

Bunu Axar.az-a Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilmiş iclasının yekununu şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Ermənistan siyasi hakimiyyəti məhz təcrübəsizliyi ucbatından KTMT-nin aparıcı dövlətlərinin yarım il ərzində verdiyi mesajları nəzərə almadığı üçün bu cür pis vəziyyətə düşdü:

“KTMT dövlətləri bununla da Ermənistana ciddi bir dərs vermiş oldular. Bu, Ermənistanın növbəti məğlubiyyətidir. Belə ki, üzv dövlətlər Ermənistanın baş nazir əvəzi Paşinyanın rəyini nəzərə almadan qərar qəbul edəcəklər və nəticədə təşkilatın yeni baş katibi Belarusdan olacaq”.

Politoloq KTMT “təcrübəsinin” Ermənistana Avrasiya İttifaqı daxilində özbaşına hərəkət etməməsi üçün bir dərs olacağını bildirib:

“Ermənistan gələn il Avrasiya İttifaqına sədrlik edəcək. Burada maraqlı bir məqam var. Ermənistanın sədr olmasına baxmayaraq, ilk zirvə toplantısı Astanada keçiriləcək. Bu digər Avrasiya ölkələrinin Ermənistanın cari siyasətindən narahatlığının göstəricisidir. Avrasiya İttifaqının ilk iclasının İrəvanda deyil, məhz Astanada planlaşdırılması Ermənistana öz yerini bilməsi ilə bağlı daha bir ismarışdır. Paşinyanın sammitdə iclaslardan birinin İrəvanda keçiriləcəyinə ümid etdiyini bildirməsi o deməkdir ki, Nikol da səhvini başa düşür və tamamilə üzvlüyünü itirməmək üçün bu məsələdə iddialı deyil”.

Tarix
2018.12.08 / 16:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla