Yuxarı

Başkəsən qızın başıdərdli atası – Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başkəsən qızın başıdərdli atası – Fotolar

Ölkə mediası bacısının başını kəsib qətlə yetirməklə Azərbaycanı dəhşətə salan Pərvanə Nuriyevadan danışır. Bu gün ANS-in efirində yayımlanan "Bazar səhəri" verilişində də vəkillər Anar Qasımlı, İradə Cavadova və digər qonaqlar Pərvanənin bacısı Günelin boğazını kəsməsini müzakirə ediblər.

Axar.az xəbər verir ki, gərgin və çox ağır günlər yaşayan qızların atası Etibar Nuriyev mediadan gizlənməyə çalışır. Şəkidə adlı-sanlı kişi olan Nuriyev qətllə bağlı mətbuata açıqlama vermək istəmir. Hazırda qatil qızının istintaqı ilə maraqlanan valideynin başı həm də mərhumə qızının matəminə qarışıb.

Əldə etdiyimiz məlumata görə, Şəkidə hamı baş verən hadisədən heyrət içindədir və Nuriyevlər ailəsi nə baş verdiyini anlaya bilmir. Onlar qızlarının faciəsində özlərini də günahkar görürlər.

Onu da deyək ki, E.Nuriyev 1960-cı ildə Şəkinin Gəncəli məhəlləsində anadan olub. Əsgəri xidmətini başa vurduqdan sonra Şəki Aqrar Sənaye İB-də mühasib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Ali Menecment Universitetinin qiyabi şöbəsini bitirməklə yanaşı bir sıra özəl müəssisələrdə baş mühasib, 1990-cı ildən "Şərq" şirniyyatı ASC-də sədr müavini vəzifəsində çalışıb.

O, Şəki Sahibkarlıq Assosiasiyasının və Şəki bələdiyyəsinin üzvüdür. Respublika Sahibkarlar Konfederasiyasının üzvü kimi dünyanın bir çox yerində - o cümlədən Almaniyada, Hollandiyada, İtaliyada, İspaniyada, Fransada, Portuqaliyada, Türkiyədə, İranda, Pakistanda və digər ölkələrdə olub.

Axar.az tanınmış iş adamı, hazırda isə dərd içində qovrulan atanın fotolarını təqdim edir.

Tarix
2014.10.26 / 13:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla