Yuxarı

Ermənilərdən növbəti rəzillik - Video/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən növbəti rəzillik - Video/Foto

Ermənilər Kəlbəcərdə girov götürülən həmyerlilərimizin məhkəmə prosesinin görüntülərini yayıblar.

Axar.az xəbər verir ki, məhkəmə Xankəndində gerçəkləşir. Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmə zalına heç bir hüquq normasına sığmayan səviyyədə, gözləri bağlı gətiriliblər.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Azərbaycan ərazisi olan Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyanın Parisdə Qarabağla bağlı növbəti görüşü keçiriləcək. Girovların məhz bu gün məhkəməsinin başlanması və məhkəmədə onlarla bu cür anti-humanist rəftarını politoloqlar bir daha Ermənistanın görüşdə tutacağı qeyri-konstruktiv mövqe kimi qiymətləndirirlər.

Tarix
2014.10.27 / 14:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla