Yuxarı

Çavuşoğlu Lavrovla Bakıda nə danışdığını açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mediaya açıqlamasında deyib.

"Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm. Bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır. Bu anlamda Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olunduğunu bildirmək istəyirəm. Bununla yanaşı, iclasda gələcəkdə edə biləcəyimiz məsələləri də müzakirə etdik.

Türkiyə üçün QDİƏT çox önəmlidir. Təşkilat digər qurumları ilə birgə çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Mövlud Çavuşoğlu Rusiya XİN rəhbəri ilə ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsini müzakirə etdiyini bildirib:

“Biz Suriya, İdlibdəki vəziyyət və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq. Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar. Biz onların birgə qəbul etdikləri qərarları da nəzərdən keçirdik. Həmçinin Kerç boğazında baş verən insident ətrafında da müzakirə apardıq”.

Tarix
2018.12.14 / 12:23
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla