Yuxarı

Paris görüşündən sonra: Bakıda meqa proje işə düşür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paris görüşündən sonra: Bakıda meqa proje işə düşür

Fransanın Azərbaycanda metro tikintisi ilə bağlı meqa layihəsi artıq reallaşmaq üzrədir. Oktyabrın 27-si, Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransua Ollandla görüşündə bu projenin müzakirəsi müqavilənin icrasını sürətləndirə bilər.

Axar.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından danışılarkən metro inşaatı sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər olduğu vurğulanıb. Prezidentlərin görüşündən sonra Fransanın "Bouygues Travaux Publics, LLS" şirkətinin Bakı metrosunda həyata keçirəcəyi planların tezliklə işə düşəcəyi gözlənilir.

Fransız şirkəti ilə Bakı Metropoliteni QSC arasında "28 May" stansiyasında yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb. İki dövlət başçısı metro inşaatı üzrə əməkdaşlıq barədə müzakirə apararkən bağlanmış bu müqaviləni nəzərdə tutublar.

Müqavilə Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov və "Bouygues Travaux Publics, LLS"in beynəlxalq əlaqələr üzrə icraçı direktoru Jan-Denis Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Qırmızı xətlə ("Həzi Aslanov" - "İçərişəhər" stansiyaları arası) Yaşıl xətt ("Dərnəgül" - "Xətai" stansiyaları arası) "28 May" stansiyasında kəsişir və bu da öz növbəsində, qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlararası intervalın azaldılmasına xidmət edəcək.

ANS-in məlumatına görə, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən asılı olmadan hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə "Həzi Aslanov" stansiyasından hərəkət edən qatar birbaşa "İçərişəhər" stansiyasına gedəcək.

"Dərnəgül" istiqamətinə getmək istəyən sərnişinlər isə "28 May" stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından hərəkət edən qatarın son dayanacağı isə "Xətai" stansiyası olacaq.

Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memorandumu 12 may 2014-cü il tarixində Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanmışdı.

Tarix
2014.10.28 / 11:14
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla