Yuxarı

Mübarizi təhqir edən Nərmini neçə il cəza gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizlik Xidməti türk dünyasının əfsanəsinə çevrilmiş milli qürurumuz Mübariz İbrahimovu təhqir edən Nərmin barəsində hökmən araşdırma aparıb, ictimaiyyəti məlumatlandırmalıdır.

Bu sözləri Axar.az-a özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında aşağılayıcı fikirlərinə münasibət bildirən tanınmış hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, əgər sosial şəbəkədə həmin şəxsin ermənilərlə yazışması paylaşılırsa, deməli, Dövlət Təhlükəsizlik Xidmətinin bu məsələni araşdırması zəruridir:

“Zənnimcə, heç kim ermənini təsadüfən sevə bilməz, burada mütləq hansısa bağlılıq olmalıdır. Bu qədər həyasızlığa və xalqa meydan oxumağa göz yummaq olmaz. Çünki söhbət Azərbaycan prezidentinin Milli Qəhrəmanımızla bağlı verdiyi fərmandan gedir. Baş vermiş hadisə Azərbaycanın milli qüruruna toxunmaqla bərabər, həm də özündə hüquqi prosedurları ehtiva edir. Milli Qəhrəmanın statusu haqqında qanuna görə, bu ada layiq görülən qəhrəman Azərbaycanın ərazi bütövlüyü uğurda kütləvi şücayət göstərməli, düşmən tərəfinin kütləvi qırğınına, məhvinə səbəb olmalıdır. Savadsız “psixoloq”, əqidə baxımından kosmopolit, erməni şüurlu Nərmin isə anlamır ki, Cenevrə Konvensiyasına görə hərbçini öldürmək heç bir halda cinayət sayılmır. Görünür, onun məqsədi məşhurlaşmaq idi, ancaq bu çox pis şəkildə baş verdi”.

Hüquqşünas bildirib ki, hazırkı durumda milli qəhrəmanın ailə üzvləri böhtan və təhqir olunma maddəsi ilə Mübariz İbrahimovu aşağılayan şəxsi məhkəməyə verə bilər:

“Bundan sonra Nərmin Şahmarzadə barəsində Cinayət Məsuliyyətinin 147 və 148-ci maddələri cinayət işi başladıla və o, 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. O cümlədən qəhrəmanın ailə üzvləri mülki qaydada şərəf və ləyaqətinə toxunma maddəsi ilə təzminat davası da aça bilərlər”.

Tarix
2018.12.17 / 16:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla