Yuxarı

İcra başçısı nəyin güdazına getdi – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı nəyin güdazına getdi – Təfərrüat

"Dağıstandakı proseslərə praqmatik baxmalıyıq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov söyləyib. O, Dağıstanda klanlararası mübarizənin hər zaman olduğunu söyləyib:

"Tarix baxımından Dağıstan bizə doğma regiondur. Onun daxilində proporsional qaydada klanlararası mübarizə var. Bu, həmişə, eləcə də sovet dövründə mövcud olub. O isə Dağıstanın özünün çoxmillətliliyindən irəli gəlir. Hazırda bu ölkədə tayfa psixologiyası daha çox öndədir. Tayfa psixologiyası öndə olduğundan Dağıstanın daxilində də belə məsələlərə bu konteksdən yanaşırlar. Məsələn, Dağıstanda hər zaman siyasi rəhbərlik uğrunda avarlarla digər etnik qruplar arasında mübarizə olub. Bu siyasi mübarizənin çevrəsində isə ona uyğun olaraq təcridetmə vasitələri çalışıb. Biz Dağıstan tarixinə baxsaq, bunu müşahidə edə bilərik. Abdullatipovun Dağıstanda yeni rəhbər olması təzə liderin özünə başqa komanda yığması ilə əlaqələndirilməlidir. Yenə də deyirəm, bu, Rusiya daxilində, Dağıstan ərazisində baş verən prosesdir. Qurban Qurbanov orada Azərbaycanı necə təmsil edə bilər? Birincisi, Azərbaycan hakimiyyətinin Qurban Qurbanova ehtiyacı yoxdur. Bu adam Rusiya vətəndaşıdır. O, vətəndaş olaraq özünün oyununu quran, siyasi ambisiyaları olan şəxsdir. Bəlkə də onun bu gün Azərbaycanla əlaqələri olan güclü şəxs kimi təqdim olunmağı daha çox lazımdır, amma Bakı üçün bu, heç bir şeydir".

Politoloq Qurban Qurbanovun adının Azərbaycanla bağlanılmasının doğru olmadığını bildirib:

"Bizim üçün orada hər hansı azərbaycanlının siyasi hakimiyyətdə təmsil olunması ürəkaçandır. Uzun illər Mircəfər Bağırovun təqdimatı əsasında Əziz Əliyev Dağıstanda vəzifədə olub. Bu gün də dağıstanlılar Əziz Əliyevi unutmurlar. Mən özüm araşdırmışam ki, onların Əziz Əliyevə böyük hörməti var. Amma yenə də deyirəm ki, biz Rusiyadaxili məsələlərə qarışmamalıyıq. Buna qalsa, Gürcüstanda etnik azərbaycanlıların yaşadığı bütün yerlərin rəhbərləri gürcülərdir. Ona görə də bu məsələdə ehtiyatlı olmalıyıq. Hər hansı fərdin üzərində Azərbaycan boyda məmləkətin adını hallandırmaq olmaz. Biz bu təxribata uymamalıyıq. Onsuz da zaman keçir, qüvvələr nisbəti dəyişir. Ümumiyyətlə, sabahkı gün hətta Dağıstanın rəhbəri bir azərbaycanlı ola bilər. Bu, Dağıstanın özünün ictimai-siyasi mühitinin gerçəkliyindən irəli gələ, ya da ki, tayfalar arası mübarizədə özünü nəticə kimi göstərə bilər".

Tarix
2014.10.29 / 15:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla