Yuxarı

İlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Təbrikdə deyilir: "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Dövlətimizin başçısı Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymanı da təbrik edib.

***

Məktubda qeyd olunur: "Boliviya Çoxmillətli Dövlətinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Boliviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Tarix
2014.10.29 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla