Yuxarı

Əmək Müfəttişliyi QHT-lərlə əməkdaşlığa başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmək Müfəttişliyi QHT-lərlə əməkdaşlığa başlayır

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqaviləsi bildirişi üzrə QHT-lərlə əməkdaşlığa başlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərlə iş sahəsində aidiyyatı QHT-lərlə əməkdaşlığa star verib. Bununla əlaqədar oktyabrın 29-da DƏMX-də QHT-lərə Dövlət Dəstəyi Şurasının və aidiyyatı QHT-lərin nümayəndələrinin iştirakı ilə yeni sistem barədə vətəndaş cəmiyyətlərində məlumatlılığının artırılması və qeyd olunan sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə seminar-treninq keçirilib.

Tədbirdə ayrı-ayrı QHT-lərin nümayəndələri fikirlərini bölüşərək, ƏƏSMN-nin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq səylərini yüksək dəyərləndiriblər . Onlar ölkəmizdə tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS-in önəmli cəhətlərini qeyd edərək, bu sistemin işçilərin hüquqlarının təminatında ciddi dönüş mərhələsi açdığını, hər bir işəgötürənin bu islahat tədbirində fəal iştirakı üçün müvafiq dəstəyi göstərəcəklərini vurğulayıblar. Seminar-treninqdə DƏMX-in mütəxəssisləri tərəfindən EİS, onun texniki infrastrukturu, sistemdən istifadə prosedurları və s. barədə məlumatlar verilib, əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

Tarix
2014.10.29 / 20:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla