Yuxarı

Paşinyanın TŞ-də elan etdiyi plan nədir? - Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın TŞ-də elan etdiyi plan nədir? - Analitik

İşğal faktına son qoyulmadan, Ermənistanın yaxın qonşularla münasibətləri normal müstəviyə keçmədən, bu ölkənin təhlükəsizliyinə təhdidlər hər zaman olacaq.

Bu sözləri Axar.az-a Paşinyanın Moskva səfəri öncəsi Ermənistan Təhlükəsizlik Şurasının qəfil iclasını keçirməsini şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanda ümumi qaydada bu toplantılar keçirilir:

“Amma bu toplantıların faydalılıq əmsalı adətən 0-a bərabər olu. Çünki Ermənistanla bağlı təhlükəsizlik faktoru elə bir məsələdir ki, bunu dəyişmək, tənzimləmək Ermənistanın nə səlahiyyətlərinə, nə də imkanlarına daxildir. Bölgə həssas bölgədir. Bu bölgədə həssaslığın daha da dərinləşməsi üçün kifayət qədər çağırışlar var. Bu gün Ermənistanın təhlükəsizliyinə təhdidin yaranmasının başında bu günə qədər özünün yaratdığı və son nəticədə özünün də girovuna çevrildiyi siyasət dayanır”.

Analitik qeyd edib ki, Paşinyanın iclasda çıxışı zamanı yeni strategiyalarının hazırlanması üzərində iş getdiyini bildirməsi olduqca maraqlı məqamdır:

“Çox güman ki, Paşinyan Rusiya ilə bundan sonrakı əməkdaşlıq məsələlərini nəzərdə tutur. Digər tərəfdən, şübhəsiz ki, 2019-cu ildə danışıqlar prosesinin perspektivi, Ermənistan ordusunun bugünkü rəzil durumu ilə bağlı məsələlər də bu iclasda müzakirə olunub”.

Analitik vurğulayıb ki, Ermənistan üçün təhlükəsizlik faktoru qədər önəmli olan sosial, iqtisadi məsələlər də var:

“Paşinyan küçədə insanlara kifayət qədər ciddi vədlər verib, ölkəyə investisiya axınının cəlb ediləcəyini vurğulayıb. Bu investisiya axını cəlb edilməsə, Ermənistanda iqtisadi və sosial müstəvidə dönüş baş verməsə, onu küçədən hakimiyyətə gətirən insanlar yenidən onu küçəyə çağıra bilər. Yəni hazırda bu problemlərin həlli Ermənistan üçün prioritet təşkil edir. Ermənistanın hazırki vəziyyəti isə Ermənistanın yürütdüyü siyasət nəticəsində təcrid olunması ilə bağlıdır. Əgər Ermənistan bu siyasətə son verməzsə, şübhəsiz ki, təcrid prosesi də davam edəcək. Təcrid davam edərsə, Ermənistanın iqtisadi və sosial həyatında heç bir irəliləyiş baş verməyəcək”.

Tarix
2018.12.22 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla