Yuxarı

Azərbaycanda Sərkisyanın məhkəməsi keçiriləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızıl Xaç Cəmiyyətinin əsir və girovlarla bağlı iki dövlət arasında aparılacaq mübadilə missiyasına bel bağlamaq çox əbəs olardı".

Bunu Axar.az–a açıqlamasında millət vəkili Zahid Oruc iki ölkə arasında girovlarla bağlı mübadilə prosesini şərh edərkən deyib.

O bildirib ki, məhz bu üzdən dövlət başçısı danışıqlarda öz mövqeyini sərt şəkildə ortaya qoyaraq Azərbaycanın bu prosesə təsir göstərməsi üçün adekvat addımların atılmalı olduğunu vurğulayıb:

"Bu, təkcə ondan ibarət deyil ki, bizdə dəfələrlə əsir düşən, hətta bir sıra hallarda açıq şəkildə ölkəmizə gəlməyə səy göstərən istənilən erməninin üzərində bu cür mühakimə prosesi qura bilərik. Bu, məsələnin sadəcə, bir tərəfidir. Girovlarımızın vəkillə təminatı beynəlxalq təşkilatlardan bu prosesə yardım göstərilməsi və s. çağırışlar başa düşüləndir. Bütün bunlara qarşılıq olaraq bu prosesin qarşısında dayanacaq ən effektli qüvvə Azərbaycan məhkəməsidir. Günü sabah Serj Sərkisyan, Seyran Ohanyan və digər hərbi cinayətkarlara qarşı Azərbaycan Baş prokurorluğunda açılmış cinayət işlərini məhkəmədə qaldırmalıyıq. Dünya üçün açıq olan bu proses həyata keçirilməlidir. Azərbaycanın qanunvericiliyində, xarici dövlətlərin hüquq sistemində, o cümlədən hətta Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasında da qiyabi, hər hansı mühakimə proseslərinin həyata keçirilməsi qanunla tanınır. Hətta bizim ölkənin praktikasında da bu hallar baş verib. Elə isə, nə üçün biz həmin məhkəməni həyata keçirmirik?".

Millət vəkili bildirib ki, söhbət heç də hazırkı dönəmdə dərhal hökm çıxarılan kimi o insanların istənilən xarici ölkədə səfəri zamanı qandallanıb, Azərbaycana verilməsindən getmir:

"Hətta tarixi Nürnberq prosesindən sonra 3-cü Reyxin çevrəsində olan hərbi cinayətlərə qatılmış bütün şəxslərin axtarışı və mühakiməsi həyata keçirildi, bu gün yüzlərlə, artıq yaşı 90-a çatmış, hətta ən anlaqlı vəziyyətdə belə olmayan şəxsləri məhkəmə qarşısına çıxarırlar. Biz real mühakiməni həyata keçirməliyik. Azərbaycanda cinayətlər həyata keçirmiş və hazırda Ermənistana rəhbərlik edən o şəxslər isə ölkəmizin yurisdiksiyası əsasında mühakimə oluna bilərlər. Buna görə də Azərbaycan məhkəməsinə və prokurorluğuna müraciət edirəm ki, Baş prokurorluqda 1994-cü ildən saxlanılan və üzərində çoxlu iş aparılmış, hətta Hərbi prokurorluq tərəfindən davam etdirilmiş işlər real olaraq məhkəməyə təqdim olunsun. Bax, bu zaman girovların qaytarılması gün söhbəti olacaq".

Tarix
2014.10.30 / 15:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla