Yuxarı

20 il sonra videosu yayılan azərbaycanlı əsirlərin adları - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə videosu yayılmış erməni əsirliyindəki azərbaycanlılar haqqında yeni sənədlər yayılıb.

Axar.az xəbər verir ki, yeni sənədlər Feysbukda "Qarabağ Var Pikçers" səhifəsində yerləşdirilib.

Səhifə rəhbərləri sənədlərdə "Müqəddəs Gevorq" xeyriyyə təşkilatı üzvlərinin azərbaycanlı əsirləri ziyarət etdiyini yazıb:

"Hər iki sənəd Gümrü qarnizonunun hərbi polis bölməsinə aiddir və "Müqəddəs Gevorq" xeyriyyə təşkilatının azərbaycanlı əsirləri ziyarət etməsi ilə bağlıdır. Dəqiq adların göstərilməsi baxımından, düşünürəm ki, ikinci, yəni Ermənistanın gerbi əks olunmuş sənəd (arayış) maraqlı ola bilər. Sənəddə deyilir: "Verilir ondan ötrü ki, Gümrü qarnizonunun hərbi polis bölməsinin həbsxanasında olan əsirlər İdris Enqels oğlu Axmedov 1994-cü ilin sentyabr ayında Gümrü Gülpenkyan adına hospitalda əməliyyat olunmuş və Rasim Ayur oğlu Mahmedov ______dispanserində müalicə almışdır. Müalicə müddətində "Müqəddəs Gevorq" xeyriyyə ittifaqının üzvləri bir dəfə onları ziyarət etmişlər".

Yeni yayılmış sənədlərdə həmçinin əsir düşmüş azərbaycanlılardan ikisinin adı əks olunub:

"Sənəddə İdris Enqels oğlu Axmedov və Rasim Ayur oğlu Mahmedov adlı əsirlərin adları çəkilir. Sonuncunun ata adının nə dərəcədə düzgün yazıldığından əmin deyiləm. Soyadının hazırkı yazılışı, güman ki, ermənicədə səsləndiyi kimi yazılması ilə əlaqəlidir. Digər sənəddə adı qeyd olunan təşkilatın azərbaycanlı əsirlərə göstərmiş olduğu "xeyirxah və insani münasibət"ə görə təşkilatın müdirəsi S.Yegiazaryana Gümrü qarnizonunun hərbi polis bölməsi adından minnətdarlıq ifadə olunur".

Əsirlərimizin 20 ildən sonra yayılmış videolarını bir daha təqdim edirik.

Tarix
2014.10.31 / 11:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla