Yuxarı

"Trampın bu layihəni dayandırması heç bir məntiqə sığmır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Trampın bu layihəni dayandırması heç bir məntiqə sığmır"

Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Öttinger ABŞ Prezidenti Donald Trampın Rusiyanın dəstəklədiyi “Şimal axını-2” boru xətti layihəsini tənqid etməsinə cavab olaraq bildirib ki, artıq bu layihənin həyata keçirilməsinə başlanılıb və onun dayandırılması heç bir məntiqə sığmır.

Axar.az Röyters-ə istinadən xəbər verir ki, D.Tramp 11 milyard dollara başa gələcək bu layihənin Almaniyanın Rusiyadan enerji asılılığını gücləndirəcəyini bəyan edib və alman hökumətini kəskin tənqid edib. ABŞ-ın energetika naziri Riçard Perri də ötən ay Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu layihədə iştirak edən şirkətlərə sanksiyalar tətbiq olunacağını bəyan etmişdi.

Krımın ilhaqından sonra münasibətləri gərginləşən Berlin və Moskva “Şimal axını-2” layihəsi üzrə ortaq maraqlara malikdirlər. Öttinger əlavə edib ki, onun özü bu layihənin tərəfdarı olmasa da, davam edən tikinti işlərinin dayandırılmasını məntiqsiz və qeyri-mümkün hesab edir. “Trampın hədələri bunun üçün əsas ola bilməz”, -deyə Avropa Komissiyasının komissarı vurğulayıb.

Almaniya hökuməti bu qaz kəmərinin çəkilməsinin əleyhdarı olan Avropa İttifaqının bir sıra ölkələrinin də tənqidlərinə etinasız yanaşıb, bildirib ki, bu, özəl sektorun həyata keçirdiyi layihədir. Vaşinqton isə Ukraynanın ərazisindən keçməyən bu boru xəttinin Kiyevi çox vacib tranzit gəlirindən məhrum edəcəyi və Moskvanın layihədən Avropanın parçalamaq üçün istifadə edəcəyini bəyan edib.

Öttinger onu da bildirib ki, ən ədalətli variant Ukrayna ərazisindən keçən boru kəmərlərinin istifadəsini gələcəkdə də davam etdirməkdir.

“Şimal axını - 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Rusiyanın “Gazprom”, ingilis-holland qrupu “Shell”, Avstriyanın “OMV”, Fransanın “Engie”, Almaniyanın “Uniper” və “Wintershall” enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdırlar.

Tarix
2018.12.28 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla