Yuxarı

Almaniya MN-də Ukrayna ilə bağlı gizli bölmə varmış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya MN-də Ukrayna ilə bağlı gizli bölmə varmış

Almaniya Müdafiə Nazirliyi daxilində illərdir “Sonderstab Ukraine” adlı gizli bir bölmə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bu bölmənin komandası adətən aylarla davam edən bürokratik prosedurlardan yan keçərək, Ukrayna üçün silahları cəmi bir neçə həftə ərzində təmin edir. Komanda 20 nəfərdən az hərbi qulluqçudan ibarətdir, lakin onların fəaliyyət modeli cəbhə xəttinin ehtiyaclarına operativ reaksiya verməyə imkan yaradır. Kiyev Almaniya tərəfinə tələb olunan silahların siyahısını təqdim edir. Daha sonra xüsusi bölmə müvafiq sistemləri müəyyənləşdirir və onların tədarükünü təşkil edir, xərcləri isə Almaniya hökuməti ödəyir. Eyni zamanda, qurum təkcə Ukraynanın sorğularını yerinə yetirməklə kifayətlənmir, həm də silahların döyüş meydanındakı effektivliyini qiymətləndirir və əldə edilən nəticələrə əsasən, gələcək tədarüklərdə düzəlişlər edə bilir”, - məlumatda qeyd olunub.

Nəşr bildirir ki, quruma Almaniya Silahlı Qüvvələrinin briqada generalı Yoahim Kaşke rəhbərlik edir:

“Bu bölmə Rusiyanın genişmiqyaslı işğalının başlamasından bir neçə ay sonra yaradılıb. Əvvəlcə o, müharibənin gedişatını izləmək və Almaniya rəhbərliyini məlumatlandırmaq vəzifəsini daşıyan mərkəz kimi fəaliyyət göstərirdi. 2022-ci ilin iyulunda isə o, “Sonderstab Ukraine” ("Ukrayna üzrə Xüsusi Qərargah") adlı quruma çevrildi”.

Tarix
2026.09.15 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla