Yuxarı

Karasini İrəvana aparan şok – Səbəblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Qafqaz bölgəsinə artan diqqəti Rusiyanı əməlli-başlı hərəkətə gətirib.

Bu sözləri Axar.az-a Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinin İrəvana səfəri ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Moskva Karasin vasitəsilə Ermənistana təzyiq etməklə ABŞ-ın Qafqazdakı planlarını pozmağa çalışır:

“ABŞ-ın Cənubi Qafqaz bölgəsinə artan diqqəti Rusiyanı əməlli-başlı hərəkətə keçirib. Bu həyəcanın əsas səbəbi ABŞ-ın Rusiyanın Cənubi Qafqazda hökmran mövqeyinin sarsıldılmasına yönəlik siyasətidir. Bu səbəbdən də Rusiya özünü forpostuna müəyyən tapşırıqlar vermək məcburiyyətində hiss edib. Moskva hesab edir ki, Ermənistana ciddi təsir etmək yolu ilə ABŞ-ın bu bölgədəki rolunu azalda biləcək. Rusiya bu tapşırığı yerinə yetirmək üçün məhz sözlərini diplomatik tonda deyil, birbaşa, kəskin formada deməyi bacaran Karasini təlimatlandırıb. Zənnimcə, Karasin ona verilən tapşırığın öhdəsindən uğurla gəlib və “kökə və qamçı” siyasətinə uyğun olaraq, sərt tənqiddən sonra indi də Ermənistana yağlı vədlər verib. Bunların içərisində dəmir yolu əlaqəsinin bərpası və hərbi ləvazimatların, xüsusilə də Su-30CM qırıcılarının satılması yer alır”.

Politoloq qeyd edib ki, Karasinin səfəri fonunda Ermənistan rəhbərliyinə ciddi təsir göstərildiyi dərhal özünü büruzə verir:

“Karasinin İrəvana səfərindən sonra Paşinyan başqa bir avazla danışmağa başlayıb və Qarabağ məsələsi ilə bağlı Azərbaycana heç bir güzəştə getməyəcəyini bildirir. Bu isə Ermənistanın problemin həllində qeyri-konstruktivliyini aydın surətdə ortaya qoyur. Görünür, status-kvonun saxlanılmasında maraqlı olan qüvvələr də həmişə aldadıcı imitasiyalar ediblər. Bu arada Rusiyanın Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqeyini müdafiə etməsi diqqətdən yayınmır. Bu, bir növ Moskvanın sülh danışıqlarının nəticəsiz bitməsində cavabdeh rolunu öz üzərinə götürdüyünə dair təəssürat yaradır”.

Politoloq bu kontekstdə ABŞ və bəzi Avropa dövlətlərinin səyi ilə Qarabağ məsələsi ətrafında danışıqların fəallığına təsir edən məqamların Moskvanı narahat etdiyini bildirib:

“Bu mənada Karasinin səfərinin danışıqlar prosesində yaranmış ümidverici nəticələrə qarşı yönəldiyini düşünürəm. Artıq erməni tərəfi də güclü surətdə Rusiyanın tapşırıqlarına əməl etməyə başlayıb. Paşinyan isə fürsətdən istifadə edərək Rusiyadan əlavə imtiyazlar qoparmaqla sülhyaratma prosesinə əngəllərin yaradılmasında əsas aktora çevrilir. İndi hər şey ABŞ-ın bu destruktiv addımlara verəcəyi cavabdan asılı olacaq. Nəticə etibarilə region uğrunda gedən siyasi rəqabətin yeni müstəviyə keçəcəyini istisna etmirəm”.

Tarix
2019.02.02 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov-Mirzoyan görüşü: nəticə nə oldu?

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Qarabağa ayaq basan ilk beynəlxalq missiya...

Əliyev: Bundan sonra Azərbaycan torpaqlarında...

Şuşanın tarixi simasının bərpası... - Prezident

Bayramovla Mirzoyan bu barədə razılığa gəldi

Prezident İSESKO-nun baş direktorunu Şuşada qəbul etdi

Əli Əsədov Mixail Mişustini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla