Yuxarı

PA-dan zəng etdilər ki, gəl – İbrahimbəyov danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir.

Axar.az xəbər verir ki, bu sözləri kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində Bakıya gəlişi ilə bağlı danışarkən deyib. Rüstəm bəy deyib ki, ona görə başqalarının əziyyət çəkməsindən narahat olub:

“İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? İttifaqın qurultayını keçirmək, onun işini sahmana, adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq lazımdır.

Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başlaqları əziyyət çəkməlidir? “Qafqaz üçlüyü” filminə görə mənə qarşı təzyiqlərə son qoymaq lazımdır”.

R.İbrahimbəyov deyib ki, bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından ona zəng edilib:

“PA-dan mənə telefon zəngi oldu və dedilər ki, gəl”.

“Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib”, - o vurğulayıb.

“Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirlər?” - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.

Qeyd edək ki, R.İbrahimbəyov 15-18 fevralda Bakıda olub və burda 80 illik yubileyini keçirib. Həmçinin Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı baş tutub.

Tarix
2019.02.18 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla