Yuxarı

Həmsədrlərdən sərsəm bəyanat: "Helikopter neytral ərazidədir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmsədrlərdən sərsəm bəyanat: "Helikopter neytral ərazidədir"

"Biz tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırırıq".

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədirləri, səfir İgor Popov (Rusiya), Ceyms Uorlik ( ABŞ), Pyer Andriunun ( Fransa) birgə bəyanatında bildirilib.

Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Bəyanatda qeyd edilib ki, helikopterin qalıqları "qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir".

Həmsədrlər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlərin bəyanatında "qoşunların təmas xəttində, neytral minalanmış ərazi" kimi qeyd olunan ərazi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.

Tarix
2014.11.20 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla