Yuxarı

Prezidentin maaş artımı qərarının ardınca... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin maaş artımı qərarının ardınca... - Millət vəkili

Ölkə başçısı Azərbaycanda aztəminatlı ailələr, qaçqın və köçkünlərdən tutmuş bütün təbəqələrə xüsusi diqqət göstərir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı güzəşt qərarına münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Millət vəkili vurğulayıb ki, Prezidentin pensiya və maaş artımı qərarının ardınca problemli kreditlərin həllinə dair fərmanı çox böyük addımdır:

“Bu günə qədər 10 000 dollar və ya 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir. Bu baxımdan 830 min insanı əhatə edəcək bu fərman çox böyük güzəşt qərarıdır. Hesab edirəm ki, Prezident burada ilk növbədə insan amilini nəzərə alıb. Bu siyasət Azərbaycan vətəndaşının mənafeyinin və maddi-rifah halının yüksəlməsinə xidmət edir. Qərarın ikinci mühüm və hüquqi əhəmiyyəti isə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdəki 616 milyon manat həcmində olan iddiaların dayandırılması ilə bağlıdır”.

Komitə sədri bir vətəndaş və millət vəkili olaraq fərmana görə Prezidentə minnətdarlığını bildirib:

“Bu qədər böyük həcmli vəsait tələb edilən və bütün kateqoriyadan olan insanları əhatə edən qərarları sadəcə alqışlamaq olar. Əminəm ki, sosial islahatların davamı olacaq”.

Tarix
2019.03.02 / 15:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla