Yuxarı

Nazarbayevin prezidentlikdən gedişi... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən ayrılması gözlənilən idi. Xüsusilə də Qazaxıstan Təhlükəsizlik Şurasının statusu dəyişdikdən və Konstitusiya Şurasına müraciətdən sonra.

Bunu Report-a Rusiyanın "Alternativ" Aktual Araşdırmalar Mərkəzinin direktoru Andrey Çebotaryov Qazaxıstan Prezidentinin istefa verməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, N.Nazarbayev Qazaxıstan Prezidenti səlahiyyətlərini maksimum dərəcə sabit və idarəolunan şəraitdə ötürməklə siyasi bacarıq nümayiş etdirib:

"Nursultan Nazarbayev Novruz bayramı ərəfəsində getdi və onun bu addımı müəyyən dəyişikliklərin başlanğıcının rəmzidir".

Ekspert qeyd edib ki, gedişinə baxmayaraq, Elbası (millətin lideri - red.) Qasım-Jomart Tokayevin müvəqqəti prezidentliyini dəstəkləyəcək:

"Hadisələrin gedişatından belə görünür ki, Tokayev də buna çoxdan hazır idi. Amma Təhlükəsizlik Şurasının sədri kimi Elbasının dəstəyi olmadan o, çətin ki Prezident səlahiyyətlərinin icrası, ölkədəki vəziyyətə nəzarət edilməsi və s. işlərin öhdəsindən gələ bilsin. Ancaq hakimiyyətin ötürülməsi prosesi faktiki olaraq yenicə başlayıb. Növbəti mühüm mərhələ prezident seçkilərinin keçirilməsidır. İndi seçkilər, birmənalı olaraq, gələn il, müvəqqəti prezidentin səlahiyyət dövrü bitən zaman keçirilməlidir".

"İndi iki ssenari yaşana bilər. Ya Qasım-Jomart Tokayev Elbasıdan prezidentliklə bağlı güclü kart-blanş alıb və bütün sistem bir il onun dövlət başçısı seçilməsi üçün işləyəcək, ya da istisna deyil ki, Tokayev, sadəcə, hakimiyyət ötürülməsi estafetini qəbul edib və bu prosesi növbəti mərhələyə çatdıracaq, prezidentliyə isə Nazarbayevin əhatəsindən olan tamamilə fərqli bir adam namizəd olacaq", - Mərkəz direktoru fikrini tamamlayıb.

Tarix
2019.03.21 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla