Yuxarı

“Qarabağ”a erməni təxribatı və Qurbanovun fransız xəyalı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heyətimizdən görmək olar ki, biz ölkə çempionatı ilə Avroliqa arasında fərq qoymuruq".

Axar.az xəbər verir ki, bu sözləri "Sent Etyen"in baş məşqçisi Kristof Qaltye deyib.

"Qarabağ"la oyun haqda danışan fransız mütəxəssis, mütləq qələbə qazanmalı olduqlarını bildirib:

"Qələbə bizə çox lazımdır. Ardıcıl beşinci heç-heçə haqda düşünmürük. Komandamızın qarşısında müəyyən tapşırıqlar var və onları yerinə yetirməliyik".

***

"Yaxşı komandaya qarşı oynayacağıq. Bizi ağır oyun gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var".

Bunu isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında söyləyib. Qurbanov deyib ki, üstünlük rəqibdədir: "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.

Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar".

***

Millimizin məşqçisi Aslan Kərimov da Fransadadır. Onun sözlərinə görə, rəqib bu oyuna böyük motivasiya ilə çıxacaq: "Amma azarkeş amilinin ağdamlılar üçün böyük təhlükə olduğunu düşünmürəm. Yeganə təsiredici məqam kimi, erməni təxribatını qeyd edə bilərəm. Çünki Fransada erməni diasporu çox güclüdür. Amma əminəm ki, məşqçilər korpusu futbolçularla bu barədə də söhbət edəcək. Komanda hansısa təxribata da hazır olmalıdır".

Tarix
2014.11.27 / 13:06
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla