Yuxarı

İlham Əliyev 2 sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb.

 

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilib:

 

Nümayəndə heyətinin başçısı;

 

Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Nümayəndə heyətinin üzvləri;

 

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

 

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

 

Xaqani Rzayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri.

 

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb. 

Tarix
2014.12.03 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla