Yuxarı

Çavuşoğlu: “Ermənistanın aramıza qatılmasını xahiş edirik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu: “Ermənistanın aramıza qatılmasını xahiş edirik”

Türkiyənin Qars vilayətində Dövlət Su İşləri (DSİ) idarəsində Azərbaycan-Gürcüstan-Türkiyə Xarici İşlər nazirlərinin toplantısı təşkil edilib.

Axar.az xəbər verir ki, toplantıda iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Gürcüstan Xarici İşlər naziri Tamar Beruçaşvili və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ortaq mətbuat konfransı təşkil ediblər.

Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlu həmkarları ilə məhsuldar görüş keçirdiklərini qeyd edərək tərəflər arasında çoxtərəfli əlaqələrin olduğunu bildirib: "Azərbaycan və Gürcüstanın torpaq bütövlüyünü dəstəkləyirik. Ermənistanın da qonşu sərhədlərinə hörmət edərək aramızda iştirak etməsini xahiş edirik. Beləcə, əksik halqa da tamamlanmış olar".

Toplantıda keçmişdə alınan qərarların nəzərdən keçirildiyini bildirən Çavuşoğlu Bakı-Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Qars dəmiryolu xətti və Trans Anadolu təbii qaz boru xətti kimi layihələrin yenidən müzakirə edildiyini və bu layihələrə verilən önəmin təsdiqləndiyini qeyd edib.

Tarix
2014.12.10 / 17:42
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla