Yuxarı

İrəvanda qarşıdurma: Xalq Nikolun acizliyinə etiraz edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən düşünmürəm ki, xalqın küçələrə çıxmasının əsas səbəbi Paşniyanın çağırışı olub. Hesab edirəm ki, erməni xalqı öz iradəsi ilə küçələrə çıxıb, qatilin azadlığa çıxmasına etiraz edir.

Bu sözləri Axar.az-a Ermənistanda başlayan aksiya haqqında danışan politoloq Qabil Hüseynli deyib. O bildirib ki, xalq təkcə Köçəryanın azadlığa çıxmasına deyil, həm də Rusiyanın ölkələrinin daxili işlərinə qarışmasına etiraz edir:

“Erməni xalqı Robert Köçəryana qarşı aksiya keçirməklə düzgün hərəkət edir. Əli günahsız azərbaycanlıların qanına batmış caninin, həmçinin Ermənistanın özündə 2008-ci il mart hadisələrində nümayişçilərə atəş əmri verən və təxminən 11 nəfərin ölümünə səbəb olan bir şəxsin azadlığa çıxması yolverilməzdir. Köçəryan hakimiyyətdə olduğu müddətdə milyonlarla dolları dövlət büdcəsindən mənimsəyib. Ermənilər hələ yaşananları unutmayıb. Xalq əslində həm də Paşinyanın Putin qarşısında olan acizliyinə etiraz edir. Bu etirazlar İrəvan daxilində hələ çox problemlərə səbəb olacaq. Qəzəbli xalq illərdir bu anı gözləyirdi. Xalq Paşinyanı hakimiyyətə gətirməklə Ermənistanın dəyişəcəyini, inkişaf edəcəyini zənn edirdi, lakin o, xalqın inamını doğrultmadı. Bütün bunların fonunda xalq ayağa qalxdı. Hesab edirəm ki, bu aksiyaların davamlı olması Ermənistanın parçalanmasına və daxili savaşın çıxmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın çağırışı ilə əhali Köçəryanın azadlığa buraxılmasına etiraz olaraq məhkəmə binalarına giriş-çıxışları bağlayıb.

Tarix
2019.05.21 / 09:18
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla