Yuxarı

Bakı ilə bu istiqamətdə işlər görülür, detalları... - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə bu istiqamətdə işlər görülür, detalları... - Rusiya

Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov 5 və 14 aprel tarixlərində Moskvada olub:

"Bizim diplomatlar işgüzar səviyyədə əlaqələr saxlayırlar. Rusiya xarici işlər nazirləri səviyyəsində görüşlərin mütəmadi olaraq keçirilməsinin tərəfdarıdır".

Rusiya XİN nümayəndəsi qeyd edib ki, ölkələr arasında müxtəlif səviyyədə və formatda intensiv siyasi dialoq mövcuddur:

"Bu əlaqələr nəinki ikitərəfli, eləcə də beynəlxalq münasibətlər səviyyəsində qorunur. Məsələn, Rusiya-Azərbaycan-İran formatında. Hesab edirəm ki, bu format daha da genişləndirilməlidir. Qeyd etmək lazımdır ki, formatın genişləndirilməsi istiqamətində işlər aparılır. Bəzi detalları açıqlamaq istəmirəm. Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır. Ölkələrarası iqtisadi əməkdaşlıq Hökumətlərarası Komissiya formatında davam etdirilir. İki ölkənin müvafiq qurumları arasında müxtəlif növ məhsulların mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilir".

Tarix
2019.06.05 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla