Yuxarı

“Putin bu gün çarəsiz, narahat, ümidsiz göründü”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin uzaqbaşı məsuliyyətdən yaxa qurtarmaq üçün dostu və yaxın silahdaşı Baş nazir Dmitri Medvedyevi istefaya göndərə bilər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib. O, Putinin Rusiyanı iqtisadi böhrandan çıxarmaq üçün ehtiyat plana malik olmadığını deyib:

"Rusiya Prezidenti Vladimir Putinin budəfəki geniş mətbuat konfransı keçən ildəkindən fərqlənirdi. Rahat görünmürdü, həyəcan keçirdiyi sezilirdi və bu, əsassız deyil. Rublun dəyərdən düşməsi prosesi və inflyasiya davam edərsə, Rusiya vətəndaşları ondan hesab soracaqlar. Rusiya vətəndaşlarını artıq Krım və Donbas az maraqlandırır, ciblərini və mədələrini düşünməyə başlayıblar. Putin uzaqbaşı məsuliyyətdən yaxa qurtarmaq üçün dostu və yaxın silahdaşı Baş nazir Dmitri Medvedyevi istefaya göndərə bilər. Bəs sonra? Guya yeni gələn baş nazir ölkəni dərin xaosdan xilas edəcək? Ümumilikdə Putinin 3 saatlıq geniş mətbuat konfransından gəldiyim əsas nəticələr bunlardır: 1. Rusiya iqtisadiyyatında müsbət irəliləyiş gözlənilmir; 2. Putinin rublun dəyərdən düşməməsi üçün konkret planı yoxdur; 3. Putin Rusiya iqtisadiyyatının bundan sonra da neft və qaz satışından asılı qalacağını çarəsiz şəkildə etiraf etdi; 4. Putin iqtisadiyyatda üzləşdiyi ağır duruma rəğmən, Qərblə qarşıdurmadan çəkinməyəcək".

Tarix
2014.12.18 / 23:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla