Yuxarı

Misir və Perudan İlham Əliyevə məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir və Perudan İlham Əliyevə məktub

18:18

Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri, hörmətli cənab Prezident.

Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da güclənməsini diləyirəm.

Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm", - təbrikdə deyilir.

***

Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri, Misir Parlamentinin Dini məsələlər və Vəqflər komitəsinin sədri, İslam Universitetləri Birliyinin Baş katibi Usamə əl-Əbd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri.

1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublika – qardaş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Misir-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyətinin üzvləri adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm. Bu əlaqələrin tarixi kökləri qədim olsa da, hər iki qardaş dövlətin müdrik rəhbərlərinin səyləri sayəsində daha da yaxınlaşıb və inkişaf edib.

Uca Allaha dua edirəm ki, xalqlarımıza əmin-amanlıq və sülh, inkişaf və rifah bəxş etsin, Zati-alinizi öz amanında və hifzində saxlasın", - təbrikdə qeyd edilir.

Tarix
2019.06.10 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla