Yuxarı

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi sürücülərə xəbərdarlıq etdi

Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciətində bildirilib.

“Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək, eləcə də səfər öncəsi avtomobilin texniki vəziyyətinə, xüsusilə şinlərə və şüşəsilənlərin sazlığına diqqət yetirmək xahiş olunur.

Unutmayaq ki, dəyişkən hava şəraitində təhlükəsizliyin əsas şərti sürücünün vəziyyətə uyğun davranması və ehtiyatlı hərəkət etməsidir", - müraciətdə qeyd olunub.

Tarix
2026.09.20 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla